Rusiyada “terror hücumu” maddəsi ilə qeydə alınan cinayətlərin sayı 2016-cı ildə 25-ə çatıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya baş prokuroru Yuri Çaykanın ölkədə qanun və asayiş barədə hesabatında məlumat verilib.
“Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi üzrə (terror aktı) qeydə alınan cinayətlərin sayı 8-dən 25-dək artıb. Eyni zamanda, belə aktların 72%-nin qarşısı hüquq-mühafizə orqanları tərəfindən təhdid, hazırlanma və cəhd mərhələlərində alınıb”, – hesabatda deyilir.