Bazar ertəsi , 20 Mart 2023

Rusiyadan İdlib açıqlaması: Ankara ilə danışıqlar…

Rusiya və Türkiyə İdlibdəki vəziyyətlə bağlı müzakirələrini davam etdirir.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Məsələ ilə bağlı Türkiyə və Rusiya prezidentləri telefon əlaqəsi saxlayıb. Bundan başqa, hər iki ölkənin yüksək rütbəli hərbçiləri də görüşüb. Problemlə bağlı iki ölkədən nümayəndə heyəti qarşılıqlı səfərlər təşkil ediblər”, – Peskov bildirib.

Qeyd edək ki, bu gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Münhendə görüşəcək. Nazirlər arasında əsas müzakirə mövzusu İdlib böhranı olacaq. (axar.az)

Check Also

Keçmiş Mədəniyyət naziri Anar Kərimovun kadrı Səxavət…

Ağdaş Regional Mədəniyyət idarəsi Ağdaş, Ucar, Göyçay, Zərdab rayonlarındakı mədəniyyət obyektlərinə nəzarəti həyata keçirtməli olan …