Şənbə , 21 Mart 2026
Drone Cameras

Rusiyanın qəzaya uğrayan təyyarəsinin “qara qutu”su tapılıb

Dalğıclar Rusiya Müdafiə Nazirliyinin “Tu-154” təyyarəsinin Qara dənizdə qəzaya uğradığı yerdə “qara qutu” tapıblar. Bu barədə TASS-a güc strukturları məlumat verib.

Güc strukturları bildiriblər ki, axtarış işləri zamanı təyyarənin kabinəsinin altında bir “qara qutu” tapılıb. Yaxın vaxtlarda sudan çıxarılacaq. Daha iki bort “qara qutu” təyyarənin quyruq hissəsində yerləşir. Onlar hələ tapılmayıb.

Təyyarənin qəzaya uğradığı ərazidə həlak olanların cəsədləri aşkarlanıb. “Axtarış işləri zamanı həlak olanların xeyli sayda qalıqları və üç cəsəd aşkar edilib”, – deyə mənbə bildirib.

Check Also

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir