Şənbə , 14 Noyabr 2026
Drone Cameras

Rusiyanın zərbəsindən sonra Dneprdə ammonyak sızması baş verib

Rusiyanın Dneprə (Ukrayna) səhər saatlarında endirdiyi zərbə nəticəsində müəssisələrin birində ammonyak boru kəməri zədələnib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Dnepropetrovsk vilayəti üzrə Baş İdarəsi “Telegram” kanalında məlumat yayıb.

“Dövlət Xidmətinin bölmələri qəzanın nəticələrini operativ şəkildə aradan qaldırıb. Ammonyak sızması dayandırılıb. Əhali üçün təhlükə yoxdur. Havada ammonyak konsentrasiyasına nəzarət olunur”, – məlumatda bildirilir.

Daha əvvəl yerli media səhər saatlarında Rusiyanın zərbələrindən sonra Dneprin bəzi rayonlarında güclü ammonyak qoxusunun hiss olunduğunu xəbər vermişdi.

Check Also

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri Bəhreyndə ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radar …