Çərşənbə axşamı , 10 Noyabr 2026
Drone Cameras

Səfərdən qayıdan sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərinin başa çatması ilə əlaqədar bölgələrdən paytaxta və digər istiqamətlərə qayıdan sürücüləri yollarda daha diqqətli olmağa çağırıb.

İdarənin müraciətində bildirilib ki, geri dönüş zamanı nəqliyyat axınının intensivləşməsi nəzərə alınmalı, tələskənliyə yol verilməməli və təhlükəli ötmə manevrlərindən çəkinilməlidir.

Qeyd olunub ki, uzun məsafəli səfərlərdən qayıdarkən sürücülərin diqqət etməli olduğu əsas məqamlardan biri yorğunluqdur. Sükan arxasında yorğunluq diqqətin yayınmasına, reaksiya müddətinin uzanmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

BDYPİ sürücülərə səfər zamanı mütəmadi fasilələr verməyi, yuxusuz və yorğun halda avtomobil idarə etməməyi tövsiyə edib.

“Unutmayın, əsas məqsəd mənzil başına tez deyil, sağ-salamat çatmaqdır!” – müraciətdə vurğulanıb.

Check Also

Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək

Borcalanın gəlirlərini rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə müəyyən etmək mümkündürsə, banklar kredit …