Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Səfir: Türkiyə Maarif Vəqfinin fəaliyyəti ölkələrlə qardaşlıq əlaqələrini gücləndirməyə hədəflənib

Türkiyə Maarif Vəqfinin fəaliyyəti ölkələrlə qardaşlıq əlaqələrini gücləndirməyə hədəflənib.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakı Beynəlxalq Maarif Məktəbində keçirilən tədbirdə çıxışı zamanı deyib.

Səfir bildirib ki, Türkiyə Maarif Vəqfinin 52 ölkədə 464 məktəblə fəaliyyəti ölkəsinin qürurudur: “Türkiyə Maarif Vəqfinin fəaliyyəti ölkələrlə qardaşlıq əlaqələrini gücləndirməyə hədəflənib. Burada yetişdirilən gələcək nəsil də dost-qardaş ölkələrin müttəfiq kimi beynəlxalq arenada daha güclü əməkdaşlıqlarını davam etdirilməsinə töhfə verəcək”.

“Azərbaycanla Vətən müharibəsində birlikdə necə böyük nailiyyətlər əldə etdiyimiz ən böyük nümunədir. Məktəblərimiz dostluq-qardaşlığa töhfə vecəcək nəsillərin yetişdirilməsini hədəfləyib”, – C.Bağçı əlavə edib.

Check Also

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, mərasim Prezident İlham …