Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Səfir Türkiyənin Ağcabədidə yerləşən hərbi missiyasının qərargahına baş çəkib

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Ağcabədi rayonunda səfərdə olub.

Boyukmillet.com xəbər verir ki, bunu diplomat tviter səhifəsində yazıb:

“Səfirliyimizin hərbi attaşesi general-mayor Zəkəriyə Yalçın, daxili məsələlər üzrə müşavir general-mayor Nuri Öztürk, hüquq müşaviri Oral Yurdakul ilə birlikdə Ağcabədiyə səfər etdik. Azərbaycanda fəaliyyət göstərən Missiya Qrup Komandanlığımızın tərkibində olan və Ağcabədidə yerləşən Missiyaya Dəstək Komandanlığını ziyarət etdik. Polkovnik Ahmet Ersendən komandanlığın fəaliyyəti ilə bağlı məlumat aldıq”, – səfir bildirib.

Check Also

Kiyevdən Bakıya tam dəstək: “Eyni silahlarla bizim şəhərləri də vururlar”

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana etdiyi PUA hücumları ilə bağlı bəyanat yayaraq, bu hadisəni pisləyib.Boyukmillet.com …