Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Şəhərin mərkəzindəki “erməni kilsəsi” ermənilərin yox, bizim xalqın tarixi abidəsidir” – Əziz Ələkbərli

Bakının düz mərkəzində yerləşən erməni kilsəsinin statusu ilə bağlı məsələ hazırda əsas müzakirə mövzularından birinə çevrilib. Kilsə boşdur, bu günə qədər qorunub, mühafizə olunub. Amma nə vaxta qədər boş qalmalıdır? Erməni kilsəsinə hansı status verilməlidir? Ümumiyyətlə, erməni kilsəsi ilə bağlı hansı tarixi qərar verilə bilər ki, milli nöqteyi-nəzərdən bizim xeyirimizə olsun və s.

 “Azsiyasət.com” saytı bütün bu suallarla bağlı Filologiya üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Əziz Ələkbərlinin fikirlərini öyrənib:  

“Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, biz bu məsələyə illər öncə dəfələrlə münasibət bildirmişik. Bu məsələnin bu gün ziyalılarımız tərəfindən yenidən gündəmə gətirilməsi təqdirəlayiqdir. Şəxsən mən bu fikirdəyəm ki, hər hansı tarixi abidəyə zərər vurulması yolverilməzdir. Hər hansı bir tikili keçmişdə hansı təyinatla istifadə edilməsindən asılı olmayaraq bu torpağın milli sərvətidir. Tarixin hansı dönəmindəsə hansısa qala monqol, ərəb, yaxud rus işğalçıları tərəfindən tikilib, yaxud xalqımıza qarşı istehkam kimi istifadə olunubsa, biz bu gün onu məhv etməli deyilik. İndiyə qədər etməmişik, indidən sonra da etməyəcəyik. Şəhərin mərkəzindəki “erməni kilsəsi” də o cümlədən, o, ermənilərin yox, bizim xalqın tarixi abidəsidir və ermənilərin yüzillər boyu xalqımıza etdyi düşmənçiliklərə baxmayaraq, o abidənin hələ də ayaq üstə durmağı xalqımızın böyüklüyünə dəlalət edir”.

Ə.Ələkbərli bildirib ki, ziyalılarımızın həmin kilsənin soyqırım muzeyinə çevrilməsi fikrinə hörmətlə yanaşır:

“Amma o fikirdəyəm ki, o kilsə tarixi abidə kimi qorunmalı, şəhərin turizm siyahısına daxil edilməli və Bakıya gələn turistlərə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən üzübəri ətraflı, faktlar və sübutlarla, əyani vəsait və xəritələrlə məlumat verilməlidir. Yəni, kilsədə hansısa qapalı bir muzey kollektivi işləməməli, kilsə tarixi abidə kimi turistlərin üzünə açıq olmalı və bizim onlara erməni vandalizmi barədə lazımi informasiya vermək imkanımız olmalıdır”.

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …