Şənbə , 20 Aprel 2024
Drone Cameras

Şəhid Elçin Əliyev Şirvan Şəhidlər Xiyabanında dəfn edilib

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçin Ramil oğlunun nəşi Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Boyukmillet.com xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı, onun silahdaşları, Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.

Allah rəhmət eləsin!20:24

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçinlə Şirvanda vida mərasimi keçirilir.

Mərasimdə şəhidin doğmaları ilə yanaşı, Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanları, şəhidin silahdaşları və ictimaiyyətin nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra şəhid Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.

Allah rəhmət eləsin!19:57

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçinin nəşi ailəsinə təhvil verilib.

Onun nəşi bu gün axşam saatlarında doğulduğu Şirvan şəhərinə gətirilib.

Yaşadığı evdə vida mərasimi keçiriləndən sonra şəhid Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.

Allah rəhmət eləsin!

Check Also

Ermənistanda Azərbaycan kəndindən keçən yolla bağlı hərəkətlənmə

Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.Boyukmillet.com xəbər verie …