Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Şəhid Natiq Əliyevin nəşi Gəncədə ailəsinə təhvil verilib

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Natiq Əliyev bu gün saat 15:40-da ailəsinə təhvil verilib.

Boyukmillet.com xəbər verir ki, onun nəşi Gəncə şəhər Cavad Xan küçəsində ailəsinin yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimi saat 15:00-da başlayacaq və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Natiq Əliyev ailəli olub, 1 övladı var.

Allah rəhmət eləsin!

Check Also

Hörmüz böhranı ərzaq təhlükəsizliyini təhdid edir

“Dünyanın ən vacib dəniz nəqliyyatı məntəqələrindən biri olan Hörmüz boğazından qlobal dəniz yolu ilə daşınan …