Cümə , 22 Noyabr 2024
Drone Cameras

Şənbə etüdləri – Şöhrət Eyvazov yazır

Virusdur yoxsa, bioloji silah?

Yoluxanların sayı ilk “qırmızı xətti” –  100 min ötdü. Ən çox Çindədir – 80 min insan. Bizə yaxın təhlükə isə İrandadır – beş minə yaxın yoluxma.

Bütün dünyada həyəcan təbili çalınmağa başlayıb. Çexiyada İtalıydan gələnlər  2 həftəlik karantində saxlanılır. Bu qaydanı pozanlar isə 3 milyon çex kronu (130 min dollar) cərimələnəcəklər.

İran və Venesualanın rəsmiləri koronovirusu  Amerikanın növbəti biloji silahı adlandırmaqdan çəkinmrlər.

Daha bir ehtimalın tərəfdarları da var: “Korono” virusu yaradıblar ki, sonra “korono” vaksini sata bilsinlər.

Bu bəlanın Uhan şəhərində olan Virusologiya institunun laboratoriyasından  təsadüfən yayıldığını iddia edənlər də var. Hərçənd ki, 44 milyon dollara başa glən bu laboratoriyanın müasir standartlara tam cavab verdiyi güman edilir.

Ötən yay Amerika 1950-ci illərdən Çində bioloji silah olduğu haqqında və onun ləğv edilmədiyini bildirən hesabat hazırlamışdı.

BİLOJİ SİLAH DÜNƏN VƏ BU GÜN

Bioloji silah insanların, heyvanların ölümünə və bitkilərdə ciddi fəsadlara səbəb olmaq məqsədi ilə müharibə və terror hadisələri zamanı istifadə edilən mikroorqanizmlər və toksik maddələrdən təşkil olunmuş vasitələrdir.

Bioloji silahın tətbiqinə aid ilk konkret tarixi vaxt  1763-cü ilə aiddir. Amerikalı müstəmləkəçilər, çiçək xəstəliyinin törədicisi ilə yoluxmuş adyalları hinduların düşərgələrinə göndərdilər: ölüm ehtimalı 30 fazidə çox olan çiçək epidemiyası başlandı.

İkinci Dünya Müharibəsi zamanı 1939-42-ci illər arasında yaponlar Çinin 11 şəhərində qarayara, vəba kimi xəstəliklər yayaraq ən az 10 min  çinlinin ölümünə səbəb olublar.

 Bioloji silah kütləvi qırğın silahı sayılır və 1925-ci il Cenevrə protokolun əsasən qadağan edilmişdir. 1972-ci ildə 152 ölkənin iştirakı ilə baktereoloji və toksin silahlarının inkişaf etdirilməsi, istehsalı, saxlanması və məhv edilməsinə dair Bioloji Silahlar Konvensiyası (BWC-Biological Weapons Convention) imzalanıb. Lakin Konvensiyasının qəbul edilməsi ona riayət olunmasının tam zəmanəti demək deyil.

Zəhərli qazlarla yanaşı, son dövrlər insanlar arasında sürətlə yayıla bilən və ağır infeksiyalar törədən patogen mikroblardan (viruslardan) istifadə haqqında da məlumatlar da yayılır . Hepatit C, QİÇS, Sibir xorası və s. kimi. Tibb mütəxəssislərinin fikrincə, bu viruslar qida, içməli su hövzələri, qan və qanəvəzedicilər vasitəsilə asanlıqla yayıla bilir.

Amerika Birləşmiş Ştatları İkinci Dünya müharibəsinin davam etdiyi müddətdə – 1942-ci ildə Sibir xorası (anthrax) və botulinum toksini (Clostridium botulinum və digər iki Clostridium sinirlərə təsir göstərən toksindir) faktorlarının istehsal işlərinə başladı. 1944-cü ilin iyununa qədər kifayət qədər bioloji silah maddəsi anbarı yaradıldı. Əgər Almaniya bioloji silahdan istifadə etsəydi, istehsal olunan bioloji silah faktorları Almaniyaya qarşı istifadə olunacaqdı. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Koreya müharibəsi zamanı Şimali Koreya ordusuna qarşı bioloji silah istifadə etdiyi bildirilir.

NATO tərəfindən  potensial bioloji silah kimi 31 patogen təyin edib və daha təhlükəlisi olaraq  Sibir xorası, çiçək, vəba, tulyaremiya, bruselyoz faktorları və botulinum toksini kimi açıqlanıb.

ŞƏR DEMƏSƏN, XEYİR GƏLMƏZ

COVİD-19-un  “panemidemiya” olduğunu ( olacağını) söyləyənlər də var. Deyirlər, bəzi siyasi-iqtisadi mülahizələrə və zərərlərə görə belə adlandırmırlar.

Avstraliya Milli Universitetin alımləri Honkonq qpip panepidemiyası modelinə bənzər olarsa 15 milyon insanın həlak olcağını proqnozlaşdırlar. Əgər 1918-20 ci illər panemidemiyası modeli kimi olarsa 68 milyon insan ölüm riski ilə üz-üzə qalacaq.

Lakin çox da bədbin olmaq lazım deyil. Ümumdünya Səhiyyə Təşkilatı koronovirusu “beynəlxalq miqyaslı fövqalədə vəziyyət” elan elədi. Son günlərdə inkişaf tepmində azalma hallarının müşahidə olunduğu günlər artır. Yoluxanların yarısından çoxu artıq sağalıb.  Dünya bankı  COVİD-19  virusla mübarizə üçün 12 milyard dollar, ABŞ isə 8, 3 milyarda dollar  maliyyə vəsaiti ayırıb.

Bunu da deyək ki, koronovirus genetik  mutasiya olunmadığına görə vaksinin kəşfi ilə onun qarşısın alınması arasında vaxt fərqi çox olmayacaq. Yəqin ki, panemidemiya səviyyəsinə çatmadan yaxın vaxtlarda vaksinin kəşf olunması xəbərinə sevinəcyik.

Soyuqqanlı və ümidli olmaq lazımdır, hətta qızdırma və təhlükə varsa belə. Oksford universtetindən siyasi psixoloq Jba Kyu deyir ki, həyəcan və panikadan  cəmiyyətdə “sürü davranışı” yarana bilər. Bu zaman real problemlərin həlli və məsələn, əllərin yuyulması, karantinə riayət kimi təhlükəsizlik qaydaları “yaddan çıxır”.

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …