Cümə , 19 Aprel 2024
Drone Cameras

Sərnişinlərin NƏZƏRİNƏ! – Bu marşrutların hərəkət sxemi dəyişdi – SİYAHI

Moskva prospekti (“Şamaxinka” adlanan ərazidə) yeni tikilən yerüstü piyada keçidinin dayaqlarının yerləşdiyi yerdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Boyukmillet.com-a verilən məlumata görə, bu səbəbdən, həmin hissədə fəaliyyət göstərən marşrutların hərəkət sxemi aşağıda göstərilən qaydada təşkil edilib.Həmin maşrut xəttləri bunlardır:
Marşrut № 18 və 65

20 Yanvar m.st – 9-cu mikrorayon istiqamətində : Moskva pr. – Mir Cəlal küçəsi, daha sonra öz xətti üzrə

Marşrut № 135
BDM Uni. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – R.Cəfərov küç. – 3 mikrorayon dairəsi, daha sonra öz xətti üzrə

Marşrut № 170

Binəqədi qəs. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – Mir Cəlal küç. – Asif Məhərrəmov küç. – 20 Yanvar küç., daha sonra öz xətti üzrə“Memar Əcəmi” m.st – Binəqədi qəs. istiqamətində: 20 Yanvar küç. – Asif Məhərrəmov küç. – M.Cəlal küç. – Bakı-Sumqayıt şos., daha sonra öz xətti üzrə

Marşrut № 193

4-cü mikrorayon – Lökbatan NMM istiqamətində: 20 Yanvar küç. – Asif Məhərrəmov küç. – S.C.Pişəvari küç. – M.Həsənov küç, daha sonra öz xətti üzrəLökbatan NMM – 4-cü mikrorayon istiqamətində: R.Cəfərov küç. – Asif Məhərrəmov küç. 20 Yanvar küç., daha sonra öz xətti üzrə

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …