Bazar ertəsi , 13 May 2024
Drone Cameras

Şərq Tərəfdaşlığı sammitində Azərbaycan və Ermənistan liderlərinin görüşü müsbət qiymətləndirilib

Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin liderləri Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüşü müsbət dəyərləndiriblər.

Boyukmillet.com xəbər verir ki, sammitdə iştirak edən ölkələrin rəhbərləri dekabrın 14-də keçirilən Brüssel görüşünü qlobal miqyasda “30 illik münaqişədən sonra son dərəcə müsbət addım” adlandırıblar.

“Ermənistan və Azərbaycan liderlərinin Brüssel görüşü Avropa İttifaqının bu regionun ən çətin problemlərinin həllinə sadiqliyini nümayiş etdirir”, – məlumatda deyilir.

Qeyd edək ki, dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək.

Check Also

COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclas keçiriləcək

COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclasın keçirilməsi nəzərdə tutulur. Boyukmillet.com xəbər verir …