Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Səudiyyə Ərəbistanı və Pakistan qarşılıqlı müdafiə sazişi imzalayıblar

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif qarşılıqlı müdafiə sazişi imzalayıblar.

Boyukmillet.com-un SPA dövlət xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Şərifin krallığa səfərinin yekunlarına dair bəyanatda deyilir.

“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif iki ölkənin regionda və dünyada təhlükəsizliyi gücləndirmək, sülh və firavanlığa nail olmaq səylərinin bir hissəsi olan birgə strateji müdafiə sazişi imzalayıblar”, – deyə məlumatda bildirilir.

Məlumata görə, saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın müxtəlif aspektlərini inkişaf etdirmək və istənilən təcavüzə qarşı qarşılıqlı çəkindirməni gücləndirmək məqsədi daşıyır.

“Müqavilə iki ölkədən birinə qarşı hər hansı təcavüzün hər iki ölkəyə qarşı təcavüz kimi qiymətləndirilməsini nəzərdə tutur”, – sənəddə vurğulanır.

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …