Cümə , 13 Noyabr 2026
Drone Cameras

Səudiyyəni Bəhreynlə birləşdirən körpü BAĞLANDI – İrandan HÜCUM TƏHLÜKƏSİ

Səudiyyə Ərəbistanı ölkəni Bəhreynlə birləşdirən Kral Fəhd körpüsünü bağlamaq barədə qərar qəbul edib.

Boyukmillet.com  xəbər verir ki, bu addım ABŞ-nin İranın infrastrukturuna zərbələr endirmə təhdidləri və rəsmi Tehranın mümkün cavab reaksiyası ilə bağlı yaranan narahatlıqlar fonunda atılıb.

Qeyd edək ki, Kral Fəhd körpüsü Əl-Xubar şəhərini ada dövləti olan Bəhreynlə birləşdirən mürəkkəb körpülər və bəndlər kompleksidir.

Strateji əhəmiyyətli bu tikili Səudiyyə Ərəbistanının kralı Fəhd ibn Əbdüləziz Əl Səudun şərəfinə adlandırılıb.

Regionda gərginliyin artması fonunda körpünün fəaliyyətinin dayandırılması təhlükəsizlik tədbirlərinin gücləndirilməsi kimi qiymətləndirilir.

Check Also

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri Bəhreyndə ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radar …