Bazar , 25 Oktyabr 2026
Drone Cameras

“Səyyar qəbul otağı” Lənkəranın Şiləvar kəndində qurulub

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Lənkəran rayonunun Şiləvar kəndində baş tutub.

Boyukmillet.com xəbər verir ki, aksiya çərçivəsində Şiləvar və Digah kəndlərinin sakinlərinin qaz təchizatı ilə bağlı problem və təklifləri dinlənilib.

Görüş zamanı əsasən yeni yaşayış massivlərinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər səsləndirilib. Ünvanlanan suallar Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, səsləndirilən müraciətlərin araşdırılması ilə bağlı tapşırıq verilib.

Check Also

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …