Bazar ertəsi , 1 İyul 2024
Drone Cameras

Səfir Erkan Özoral: “Bu, dövlətə qarşı xəyanət idi” – VİDEO

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin ikinci ildönümü Bakıda anılıb. REAL-ın məlumatına görə, bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Milli Məclisinin deputatları, KİV rəhbərləri iştirak edib.

Çıxış edən Erkan Özoral deyib ki, Türkiyədə 2016-cı ilin 15 iyulunda baş verən hadisələr üzücüdür. Onun sözlərinə görə, bu, dövlətə qarşı xəyanət idi.

Səfir bu məsələdə xalqın bir mövqedən çıxış etdiyini vurğulayıb: “Bu, milli dastandır. Biz bununla qürur duyuruq. Xəyanətkar şəbəkə islam dinindən istifadə edərək çevriliş etməyə çalışdılar. Bunların islam dininə aidiyyatı yoxdur. Bunlar hər cür yola əl atdılar ki, məqsədlərinə nail olsunlar. Çünki bu şəxslər satılmışdırlar. Xalq isə iradəsini ortaya qoydu. Kimsə türk millətini məğlub edə bilməz. Dünya var olduqca, bu millət dövlətinə sahib çıxacaq”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışı zamanı deyib ki, Azərbaycan bu məsələdə Türkiyəyə dəstək verib.

O, hər iki ölkənin tarixində oxşar hadisələrə diqqət çəkib.

Sonra 15 iyul hadisələrinə həsr edilən sənədli film nümayiş olunub.

Check Also

O’Brayen insan hüquqları ilə bağlı Azərbaycana çağırış edib

“Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik” O’Brayen Bakını insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir