Bazar , 16 Mart 2025
Drone Cameras

Şəhid məzarları üzərində dövlət bayrağının asılması təklifi

Milli Məclisdə şəhid məzarları üzərində Azərbaycanın dövlət bayrağının qaldırılmasının qanuna daxil edilməsi ilə bağlı təklif irəli sürülüb.

Bu təkliflə Milli Məclisin deputatı Aqil Abbas çıxış edib.

A.Abbas Trend-ə bildirib ki, təklif Milli Məclisin deputatları və rəhbərliyi tərəfindən müsbət qiymətləndirilib: “Azərbaycanda bu məsələ qanunda öz əksini tapmayıb”.

A.Abbas qeyd edib ki, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun var: “Bu qanunda bayrağın necə və haralarda asılması göstərilir. Qanunda şəhid məzarı üzərində bayraq qaldırmaq məsələsi yoxdur. Əgər asılırsa, qanunla bayraq oradan götürülməlidir. Şəhid məzarı üzərindən asılan bayraq götürüləndə narazılığa səbəb olur. Bu səbəbdən Milli Məclisdə bununla bağlı təkliflərimi səsləndirərək bildirdim ki, şəhid məzarları üzərində bayrağın qaldırılması məsələsini qanuna daxil edək. Təklifim bəyənilib. Yəqin ki, məsələyə Milli Məclisdə baxılacaq”.

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir