Bazar , 19 May 2024
Drone Cameras

Sabah Bakıya qar yağacaq

Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Boyukmillət.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.Dağlıq və dağətəyi ərazilərdə gecə və səhər yolların buz bağlama ehtimalı var

Check Also

Azərbaycanda dövlət şirkətinin adı dəyişdirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Təhlükəli Tullantılar” MMC-nin adı “Tullantıları İdarəetmə Mərkəzi”nə dəyişdirilib. Boyukmillet.com …