Cümə , 31 Mart 2023

Sabir Rüstəmxanlı İdlib hadisəsindən danışdı: “Bu Türkiyə üçün ölüm-dirim məsələsidir” – VİDEO

Məlum olduğu kimi, Türkiyə silahlı qüvvələrinin Suriyanın İdlib şəhərində hava hücumuna məruz qalması və 33 hərbçisinin şəhid olması Rusiya-Türkiyə münasibətlərinə təsir göstərib.

Bundan əlavə, bu hadisə Türkiyə cəmiyyətində də fikir müxtəlifliyinə səbəb olub. Türkiyə əsgərlərinin Suriyada şəhid olması səbəbindən Ərdoğan hökumətini tənqid edənlər də az deyil.

Bu mövzunu dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, bu məsələ Türkiyə üçün həyati əhəmiyyət kəsb edir və türk xalqı tarix boyu əsgərinin şəhid olması ilə qürur duyub.

Rusiya-Türkiyə münasibətlərinə gəlincə, S.Rüstəmxanlı danışıqlar prosesində bu gərginliyin azalacağını vurğulayıb.
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Check Also

Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə …