Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

Sabir Rüstəmxanlı haqda biblioqrafiya nəşr olunub

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətlər” seriyasından hazırladığı növbəti biblioqrafiya Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycanın Xalq Şairi, Millət Vəkili Sabir Rüstəmxanlıya həsr edilib.

Azərbaycan və rus dillərində nəfis tərtibatda hazırlanan biblioqrfaiyada Sabir Rüstəmxanlının kitabları, dövrü mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, habelə onun həyat və yaradıcılığını əks etdirən nəşrlər yığılmışdır.

Kitabda görkəmli ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərin S.Rüstəmxanlı haqqında fikirləri, dünya kitabxanalarında olan kitablarının siyahısı, təsisçisi olduğu mətbu orqanlar və təşkilatlar haqqında da məlumat verilir.

Biblioqrafiya Sabir Rüstəmxanlının bir ədib və ictimai siyasi xadim kimi yaxın dövr tariximizdə Azərbaycan  mühitində müstəsna mövqe tutduğunu təsdiqləyir. Sabir Rüstəmanlının həyatı haqqında geniş məlumat əks olunan nəşrdə onu ədəbi yaradıcılığında hər zaman sadiq qaldığı milli azadlıq idayalarının ictimai siyasi fəaliyyəti ilə gerçəkləşdirdiyi oxucu üçün aydın olur.

Biblioqrafiya ədəbiyyatşünas alimlər, tətqiqatçılar və geniş oxucu üçün nəzərdə tutulmuşdur.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …