Cümə , 26 Aprel 2024
Drone Cameras

Sabir Rüstəmxanlının müavini vitse-spiker oldu-Fəzail İbrahimli kimdir?

Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli vitse-spiker seçilib.

Boyukmillet.com xəbər verir ki, bununla da Parlametin rəhbərliyi tam formalaşıb.

Spiker Sahibə Qafarova, birinci vitse-spiker Ili Hüseynli, spikerlər isə Adil Əliyev və Fəzail İbrahimli olub.

Fəzail İbrahimli kimdir?

Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub.

Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil F.İbrahimli 1973-1977-ci illərdə Yardımlı rayonunun Çanaxbulaq kənd məktəbində müəllim işləyib.

1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist Partiyası Tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur.

1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan İbrahimlinin bir monoqrafiyası, bir kitabı, bir dərsliyi və 60-a qədər elmi məqaləsi var.

2000, 2005, 2010, 2020-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə üzv seçilib.

Qeyd edək ki, müxalifətdən olan deputatın vitse-spiker seçilməsi ilk dəfədir.

Check Also

Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və …