Cümə , 29 Mart 2024
Drone Cameras

Sağlamliq Imkanlari Məhdud Uşaqlara Səyyar Sosial Reabilitasiya Xidməti göstərilib.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin həyata keçirdiyi “Sağlamliq Imkanlari Məhdud Uşaqlara Səyyar Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi” (Yardımlı, Piirallahı, Bakı-Səbail, Sumqayıt şəhər və rayonlarında) uğurlu fəaliyyətləri həyata keçirildi.


“Sağlamlıq İmkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi” Yardımlı, Piirallahı, Bakı-Səbail, Sumqayıt şəhər və rayonlarında layihəyə100 nəfər sağlamlıq imkanları məhdud olan uşaqlar cəlb olunmuşdur. Cəlb olunan uşaqlara xidmətlər iki istiqamətdə, evlərdə səyyar sosial xidmətlərin göstərilməsi və onlayn formada həyata keçirilmişdir. Bunun əsas səbəblərindən biri də layihənin fəaliyyət dövrü Koronavirus (Covid 19)Pandemiya dövrünə düşdüyündən ailələrdə bu virusun yoluxma qorxusundan arzu və istəkləri nəzərə alınmışdır. Layihənin əməkdaşlarına müəyyən maddi və sosial çətinliklər yaratsada, proqramın uğurlu nəticəsinin əldə olunmasına nail olundu.Layihənin əməkdaşları lazımi dəftərxana ləvazımatları, inkişaf etdirici proqramlara dəstək məqsədi ilə ləvazımatlarla təmin edilmişdirş. Layihə meneceri tərəfindən işçi qrupunun fəaliyyətinə nəzarət edilmişdir. Həyata keçirilən fəaliyyətlərlə əhalini, əsasən də çətin həyat şəraitində olan ailələrin uşaqlarla davranması, onların məlumatlandırılması təşkil edilmişdir.“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda İctimai Birliyi (ƏBƏU.İB) nümayəndələri valideyinlərlə görüş keçirmiş, məlumatlanmalar aparılmışdır. Layihəyə cəlb olunan uşaqların hər birinin valideyinləri ilə əməkdaşlıq əlaqələri yaradılmışdır.Uşaqlar haqqında məlumatlar toplanaraq fayllara yığılmışdır. Valideyinlər tərəfindən layihə menecerinə bu layihənin şəhər və rayonlarda təşkil olunduğu üçün cəmiyyətə inteqrasiya olunmalarına ikmanlar yarandığı qeyd edilmişdir. Dəfələrlə layihənin işçi heyətinin bacarıqlarının inkişafı üçün seminar və treniqlərin təşkili, uşaqların müəyyən edilməsi və fərdi qayğı planın tərtibi, göndəlik qayğı və inkişaf xidmətlərinin göstərilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi,uşaqlar üçün pedaqoji, psixoloji, yaradıcı xarakterli dərslərin təşkili,uşaqların gündəlik həyat (funksional) vərdişlərini (abilitasiyanı) inkişaf etdirməklə gələcəkdə müstəqil yaşamaq imkanlarını artırmaqla bağlı müayinələrin aparılması və onlarla sosial iş, valideynlərin sosial reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı bacarıqlarının inkişafı ilə bağlı treninqlərin təşkili, uşaqların maraq və bacarıqlarından asılı olaraq evlərdə müxtəlif inkişaf xarakterli proqramların təşkili ilə köməklik göstərməkdən ibarətdir. Cəlb edilmiş uşaqların İTK-dan istifadə və koqnitiv bacarıqlarının inkişafı ilə bağlı maraqların yaradılmasının təşkili iştirakçılar arasında maraq doğurmuşdur. Lahiyənin əsas məqsədi Yardımlı rayonunda həyata keçirilən layihənin dəstəyi ilə uşaqların cəmiyyətə inteqrasiyasının, sosial xidmətlərə çıxışının təmin edilməsidir. Eyni zamanda Yardımlı rayonu ərazisində yaşayan SİMU uşaqların ailələrində onlarla davranış qaydalarının tətbiqi,yanaşma metodları ilə bağlı valideynlərlə söhbətlər aparılmış, müvafiq məsləhətlər verilmiş və onlaın problemlərinin həlli üçün dövlət orqanları ilə əlaqə yaradılmış, bununla da həmin uşaqların ailələrinə sosila yardımların təşkilinə dəstək verilmişdir.

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin Mətbuat xidməti

Kifayət Quluyeva.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …