Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Sahibkarlarla növbəti görüş Qəbələ rayonunda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Qəbələ rayonunda görüşü təşkil olunacaq.

Boyukmillet.com xəbər verir ki, aksiya Zərifə Əliyeva Parkında baş tutacaq. “Səyyar qəbul otağı” noyabrın 15-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Check Also

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …