Şənbə , 20 Aprel 2024
Drone Cameras

Sahil Babayev nazir həmkarına qida ilə bağlı çağırış etdi – VİDEO

7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müraciəti ilə başlayan kampaniyaya əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qoşularaq qida təhlükəsizliyinin vacibliyini diqqətə çatdırıb.

Boyukmillet.com  xəbər verir ki, nazir müasir dünyada qida təhlükəsizliyinin sağlam həyat tərzinin və sosial rifahın əsası olduğunu bildirib.

S.Babayev bu səbəbdən hər kəsi bu vacib məsələyə öz töhfəsini verməyə çağırıb: “Unutmayaq ki, qida təhlükəsizliyi hamının işidir”.

Nazir çıxışının sonunda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi qida təhlükəsizliyi ilə bağlı kampaniyada iştiraka dəvət edib.

Qeyd edək ki,ümumdünya Qida Təhlükəsizliyi Günü “Qida təhlükəsizliyi hər kəsin işidir” şüarı ilə keçirilir.

Check Also

Elmira Axundova fəaliyyətilə SİNİFDƏ QALDI: “Səfir qapısını bağlayıb camaatı küçədə gözlətməli deyil” – İSBAM sədri ilə VİDEOMÜSAHİBƏ

“Hava limanının bağlanması xəbəri gələndə dedim ki, artıq müharibə başladı”. Bu fikirləri Rusiyanın Ukraynaya hərbi …