Bazar ertəsi , 11 Noyabr 2024
Drone Cameras

Sahil Babayev yeni sosial islahat proqramından danışıb

“Sərəncamla minimum əməkhaqqı bu ilin əvvəlindən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb, minimum pensiyanın da 40 manat artımla 240 manatdan 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim edilməsi tapşırılıb”.

Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, builki yeni sosial islahat proqramı üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub: “Ümumilikdə isə son 5 ildə minimum əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqında 52 faiz, orta aylıq pensiyada 80 faiz, müavinət və təqaüd ödənişlərində 3,5 dəfə, əmək müqavilələri sayında 33 faiz, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub”.

Check Also

Ölkə üzrə kadr resurslarının vahid elektron bazası ƏMAS-da toplanıb

Ölkə üzrə kadr resurslarının vahid elektron bazası Əmək və Məşğulluq Altsistemində (ƏMAS) toplanıb. Boyukmillet.com  xəbər …