Şənbə , 18 Aprel 2026
Drone Cameras

Samir Əsədli ABŞ-a səfər çərçivəsində Arkanzasda görüşlər keçirdi

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-a səfəri çərçivəsində Arkanzas ştatının paytaxtı Littl Rok şəhərində şəhərin mərkəzi seçki komissiyasının sabiq sədri Joşua Pris, Littl Rok Meriyası Mərkəzi Aparatının rəhbəri xanım Kendra Pruitt və vəkil Piter Şults ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, keçirilən görüşlərdə ABŞ-ın seçki sistemi, seçki tarixi, ABŞ-da yerli özünü idarəetmənin iş prinsipi, bələdiyyələrin insanların həyatında və bölgənin idarəçiliyində rolu, ABŞ məhkəmə sistemi, vəkillərin, hüquq müdafiəçilərinin işləri müzakirə edilib.

Həmçinin görüşlərdə Azərbaycan, ölkəmizin siyasi sistemi, Ermənistanla sülh danışıqları, Rusiya və İranın bölgədəki desturuktiv fəaliyyəti, regiondakı geopolitik durum müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …