Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Samir Adıgözəlli : Eynulla Füzuli Məmmədova böhtan atır

Eynulla Fətullayevin Füzuli Məmmədov haqda yazdığı yazını oxudum. Füzuli Məmmədovu bəzən mən də tənqid etmişəm. Amma onun xeyriyyəçi fəaliyyətini daim təqdir etmək şərti ilə. Yazı tənqid yüklü olsaydı, heç reaksiya verməzdim. Amma Eynulla  bu yazını da öz ənənəvi üslubuna uyğun şəkildə yazıb. Frenk adına ilişib deyir ki, belə ad mafiozlarda olur. Sonra Füzuli Məmmədovu narkotik satan deyir. Əlində heç bir sübut, dəlil olmadan tanınmış bir iş adamına böhtan atır. Hətta Füzulinin doğulduğu Ordubad rayonunun adına da ironik yanaşmağı unutmayıb. Adamın əlində qələm olanda, başqasını təhqir etməz.  Eynullanın yaradıcılığında ənənəvi hal alan şər, böhtan ritorikası təsadüfi sayıla bilməz. Amma görünür  sifariş elə yerdən gəlib ki, Eynulla  başını pambığa soxan, lakin… durumda qalıb. Mafiozu bəyənməyən adam, görəsən kriminal avtoritetlərlə poz verib çəkdirdiyi şəkilləri nə tez unudub? Narkotik satmağı Füzuli Məmmədovun bir neçə il əvvəl Moskvada həbs edildiyi maddəyə görə deyirsə, iş adamı həmin maddələrlə çoxdan  bəraət alıb. Yaxşı olar ki, Eynulla qələm qanqsterliyini kənara qoyub öz jurnalist peşəsi ilə məşğul olsun. Böhtan atdığın Füzuli Məmmədov  “qanqsterdisə” , onda sən də qələminlə sifariş icra edən killersən…

Samir Adıgözəlli

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir