Cümə , 29 Mart 2024
Drone Cameras

Samir Adıgözəlli: “Türkiyənin özü Ermənistan tərəfindən əsassız iddialara məruz qalır”

Gürcüstanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan heç bir diplomatik etiket normalarına sığmayan tərzdə Türkiyənin arxasınca danışıb. O qeyd edib ki, Gürcüstan Türkiyədən ehtiyatlı olmalıdır: “Həmin ölkənin bütün qonşuları ilə problemi var. Kipr, Yunanıstan, Suriya, İraqı bura aid edə bilərik”.

Paşinyan qeyd edib ki, Türkiyənin Gürcüstana da ərazi iddiası var: “Türkiyə digər qonşuları ilə problemi yoluna qoyandan sonra Batumini Gürcüstandan tələb edə bilər”.

Erməni mediası bu xüsusda qeyd edir ki, Batumi 1921-ci ildə Qars müqaviləsi ilə Naxçıvanın statusu müəyyən ediləndən sonra Gürcüstana verilib. Paşinyanın gündəmə gətirdiyi bu sərsəm ideyanı bir az da genişləndirən erməni mediası Batumi iddiasının real ola biləcəyini əsaslandırmağa çalışır. Paşinyanın bu davranışını necə dəyərləndirmək olar?

Paşinyanın Gürcüstanda erməni diasporu ilə ŞOK qızışdırıcı söhbəti – “Türkiyə Batumu alacaq”…
img

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, N.Paşinyan dövlət rəhbərinə yaraşmayan tərzdə davranışları ilə hamını təəccübləndirməkdə davam edir: “Bu şəxs bir daha sübut edir ki,  dövlət adamı deyil. Onun təsadüf nəticəsində meydandan hakimiyyətə gəldiyi, siyasi cəhətdən diletant olduğu özünü çox aydın şəkildə göstərir. Paşinyan səfər etdiyi ölkələrdə olan erməni diaspor nümayəndələri ilə görüşməyə üstünlük verir. Biz şahidi oluruq ki, həmin görüşlərin əksəriyyətində o, populist çıxışlar və addımlar atır. Bunun da ölkələrdə yaşayan ermənilərə zərrə qədər də xeyri olmur, əksinə, ziyanı dəyir. Ötən il İrana etdiyi səfər zamanı oradakı ermənilərlə görüşdü və tədbirin keçirildiyi zalda belə şüar asıldı ki, “Qarabağ Ermənistandır”. Azərbaycan bununla bağlı İrana etiraz etdi. Məsələ siyasi qalmaqal həddinə çatdı. Bizim ölkənin ictimaiyyətinin də həmin məsələyə sərt təpkisi oldu. İran rəsmiləri məcbur qalıb Paşinyanın sərsəm hərəkətlərini cavablandırmağa məcbur qaldılar.

Paşinyanın Gürcüstanda Türkiyə ilə bağlı dedikləri də heç bir diplomatik etiket normalarına sığmır. Çünki bir ölkənin rəhbəri rəsmi səfər etdiyi digər ölkədə dövlətlərarası münasibətləri qızışdırmaqla məşğul olursa, demək, cavabı verilməlidir. Bu, qanunla da qadağandır. Paşinyan faktiki olaraq çox kobud tərzdə Türkiyə ilə Gürcüstanın münasibətlərini korlamağa, aralarında qalmaqal yaratmağa can atır. Hesab edirəm ki, bununla bağlı həm Türkiyənin, həm də Gürcüstanın rəsmi dairələri etirazlarını bildirməlidirlər. Türkiyənin hazırda heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Əksinə, Türkiyənin özü Ermənistan tərəfindən əsassız iddialara məruz qalır”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

NATO-nun keçmiş baş katibi Ermənistandan rüşvət alıb

Hikmət Hacıyev Rasmussenə hansı bədnam əməllərini xatırladır? Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət …