Bazar , 4 Oktyabr 2026
Drone Cameras

“Şamtutan lazım deyil…” – Bakıda kollec direktoru tələbəni ədəbsiz sözlərlə təhqir etdi – VİDEO

Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova onlayn imtahan zamanı qrupun sinif nümayəndəsini nalayiq sözlərlə təhqir edib.

Sosial şəbəkədə yayılan videoda imtahan zamanı müəllimlərlə bərabər imtahana daxil olan sinif nümayəndəsinə kollecin direktoru “mənə sinif nümayəndəsi tərəfindən nəzarətçi lazım deyil, ağzımda deyirəm, tələbələr çıxsın, bu, nə özbaşınalıqdır siz edirsiniz? Bizə burda sinif nümayəndəsi, “şamtutan” lazım deyil”, – deyə təhqir edib.

Direktor hətta uşaqları imtahanı ləğv edəcəyi ilə qorxudub.

Videonu təqdim edirik:

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …