Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Şantaj olunan xanım tələbələrlə bağlı AÇIQLAMA – PUL təklif edilsə də…

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin xanım tələbələri şantaj olunur.

Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Tələbələrin fotoları onların “TikTok” profillərindən götürülərək əxlaqsız formada montaj edilib və saxta hesab vasitəsilə paylaşılıb.

İddialara görə, həmin paylaşımları təxminən 20-25 yaşlarında bir şəxs edib. Tələbələr həmin videoların silinməsi üçün pul təklif etdikdə isə, söyləyib ki, o, bunları pul üçün etməyib. Özü hüquq fakültəsinə qəbul olmaq istəyib, amma balı çatmayıb. Məhz buna görə də hüquq fakültəsində oxuyan tələbələrə qarşı qərəzi olub.

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məsələ ilə bağlı tələbələr tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Check Also

Qarabağ Universiteti üçün 25,6 milyon manat ayrılır

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Qarabağ Universitetinin infrastrukturunun gücləndirilməsi …