Bazar , 19 May 2024
Drone Cameras

Saxta sənədlər hazırlayan şəxsə məxsus şirkətlər daha iki tenderin qalibi olub – AQC xəbərdarlıq edir

Ramil Qasımzadə adlı qiymətləndiricinin saxta sənədlər hazırlayaraq dövlət orqanlarına təqdim etməsi, çətir şirkətlər” yaratması və saxta yollarla tenderlərdə qalib olması barədə məlumat vermişdik.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Ramil Qasımzadənin “Unprice” MMC, “Koral” MMC, “Azprice” MMC, “Azvalue” MMC, “Morion” MMC, “Açar” MMC və “Sorğu Ekspert Mərkəzi” MMC adlı şirkətlər təsis edərək saxta sənədlər hazırlaması və təqdim etməsi, dövlət satınalmaları zamanı süni rəqabət təşkil etməsi və saxta yollarla dövlət tenderlərində qalib olmasına əsaslı şübhələr yaranması səbəbindən aidiyyatı dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edib. Dövlət satınalmasına saxta sənədlər təqdim etməsi faktı öz təsdiqini tapdığından və digər qanunsuz əməllər törətməsinə əsaslı şübhələr yarandığından Ramil Qasımzadəyə məxsus şirkətlər – “Unprice” MMC və “Koral” MMC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıralarından xaric edilib və ona aid 7 şirkətin hamısı cəmiyyətin “qara siyahısı”na salıb. Eyni zamanda Ramil Qasımzadəyə məxsus bütün sertifikatlar ləğv edilib.

Lakin buna baxmayaraq, R.Qasımzadəyə məxsus şirkətlər bəzi dövlət qurumları tərəfindən elan olunan növbəti tenderlərin qalibi olub. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən elan olunan “Ekspert (mütəxəssis) xidmətlərinin satınalınması -2” üzrə açıq tender müsabiqəsinin qalibi Ramil Qasımzadəyə məxsus “Unprice” MMC olub. Hansı ki, bundan əvvəl Ramil Qasımzadənin qanunsuz fəaliyyəti ilə əlaqədar Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları məlumatlandırılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən elan olunan “Ekspert xidmətlərini satınalınması” müsabiqəsinin də qalibi Ramil Qasımzadəyə məxsus “Azvalue” MMC olub. Hər iki müsabiqə 30.08.2023-cü il tarixdə keçirilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qeyd olunan dövlət satınalmalarının ləğv edilməsi və Ramil Qasımzadənin əməlinə hüquqi qiymət verilməsi üçün yenidən aiddiyatı dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu barədə AQC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

file:///C:/Users/Acer/Downloads/%C4%B0CLAS%20PROTOKOLU%20%E2%84%962%20(12)%20(1).pdf

file:///C:/Users/Acer/Downloads/%C4%B0CLAS%20PROTOKOLU%20%E2%84%962%20(13).pdf

“DAŞINMAZ ƏMLAK ÜZRƏ HÜQUQ VƏ EKSPERT XİDMƏTLƏRİ MƏRKƏZİ” MMCDaşınmaz əmlak alıcılarının aldadılmaması, fırıldaqçıların qurbanlarına çevrilməməsi, sənədlərin düzgünlüyünün yoxlanılması üçün müxtəlif növ hüquqi xidmətləri həyata keçirir:
1. Daşınmaz əmlakların alqı-satqısı zamanı hüquqi xidmətlərin göstərilməsi və ekspert rəyi (Sənədlərin düzgünlüyünün yoxlanılması və ekspertizası )
2. Daşınmaz əmlakların qiymətləndirilməsi (Alınan əmlakların qiymətlərinin bazar dəyərinə uyğunluğunu qiymətləndirərək rəsmi formada təqdim etmək və bank qiymətləndirilməsi)
3. Daşınmaz əmlakların layihələrinin hazırlanması (Satılan əmlakın təqdim edilən sənəd üzərində olan ölcüləri və faktiki mövcud ölcülərinin götürülməsi )
4. Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri
5. Müxtəlif növ müqavilələrin bağlanılması və hazırlanması.
Əlaqə nömrələri:
(099) 342 02 53
(077) 342 02 53
Əmlak eksperti Elnur Fərzəliyev

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …