Bazar , 4 Oktyabr 2026
Drone Cameras

SEPAH-dan BƏƏ-yə XƏBƏRDARLIQ

İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şəhərlərindəki raket buraxılış yerlərini vurmağı qanuni hesab edir.

Bu barədə SEPAH-ın “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının sözçüsü bildirib.

Onun sözlərinə görə, BƏƏ şəhərlərindəki dəniz limanlarında və hərbi bunkerlərdə yerləşən Amerika raket buraxılış məntəqələrini vura bilərlər.

“BƏƏ-nin müsəlman əhalisini hər hansı bir zərər görməmələri üçün şəhərlərdəki limanları və ABŞ sığınacaqlarının yerləşdikləri bölgələri tərk etməyə çağırırıq”, – qeyd olunub. /APA

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …