Çərşənbə , 30 Sentyabr 2026
Drone Cameras

SEPAH-dan Hörmüz boğazı ilə bağlı ŞOK BƏYANAT

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Mohebbi Hörmüz boğazındakı gəmi hərəkəti ilə bağlı sensasion bəyanatla çıxış edib.

Boyukmillet.com xəbər verir ki, SEPAH rəsmisi strateji dəniz dəhlizindən keçən gəmilərin sayının kəskin şəkildə azaldığını və marşrutun faktiki olaraq Tehranın nəzarəti altında olduğunu bildirib.

Hüseyn Mohebbi açıqlamasında mövcud mənzərəni rəqəmlərlə diqqətə çatdırıb: “Hörmüz boğazı tam açıq olduğu dövrlərdə oradan hər gün ən azı 125 gəmi keçirdi. İndi isə sutka ərzində cəmi 7-8 gəmi hərəkət edir. Üstəlik, bu gəmilər yalnız İranın keçidinə rəsmi icazə verdiyi gəmilərdir”.

İran tərəfinin bu bəyanatı Qırmızı dəniz və Fars körfəzi ətrafında hərbi gərginliyin artdığı bir vaxtda qlobal enerji daşımalarının əsas arteriyası sayılan Hörmüz boğazında dəniz ticarətinin hansı dərəcədə iflic olduğunu və Tehranın beynəlxalq gəmiçiliyə nəzarət imkanlarını nümayiş etdirir.

Check Also

Litva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib

Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim …