Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir

Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir.

Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Əzmai bildirib.

“Hörmüz boğazı bağlıdır. Hərəkətlərə nəzarətimiz tam və qətidir. Bu boğazdakı heç bir hərəkət SEPAH Hərbi Dəniz Qüvvələri döyüşçülərinin gözündən yayınmır”, – agentlik komandanın sözlərindən sitat gətirib.

O bildirib ki, reallığı Amerika rəsmilərinin bəyanatlarında axtarmaq lazım deyil.

Daha əvvəl Amerika lideri Donald Tramp Hörmüz boğazına nəzarətin ABŞ-də olduğunu bildirmişdi.

Check Also

Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı (Aİ) bazar ertəsi Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyəcək. Boyukmillet.com Fransa mediasına istinadən …