Hümbətovun adamı AzerRoss-un prezidenti olmaq istəyir
Ələkrəm Hümbətovla Abbas Abbasov AzerRoss-u ələ keçirir
Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi bu barədə nə düşünür ?
1993-cü cü ildə Heydər Əliyev hakimiyyətə gələndə amansız müharibə gedən ölkədə “Etibarın əsgərləri”, “ Surətin qoşunu”, “Əlikramın batalyonu”, “Qatır Məmmədin ordusu”, “Şirməmədin briqadas” və s kimi faciəli bir durumla qarşılaşdı. Yəni vahid ordu, vahid komandanlıq yox idi.
Cənab Heydər Əliyev çox çətinliklə olsa da bu problemi kökündən həll etdi və vahid Azərbaycan Ordusu yarandı.
Bunu nə üçün yada saldıq ?
Sözün düzü, milli diasporamızın hazırkı durumu 1993-cü ili yada salır.
Çoxlarımız ermənini zəif hesab edir, “erməni qandan qorxur, erməni döyüşə bilmir..” deyə düşünürük.
Ancaq unutmaq lazım deyil ki, biz sıradan bir düşmənlə üz-üzə deyilik. Düşmənin gücünü dəqiq qiymətləndirə bilməsək biz uğur qazana bilmərik.
Ermənilər bir millə olaraq 100 ildən artıqdır ki, kifayət qədər ciddi təşkilatlanıb, ölkələrin çoxunda güclü diasporaları var. Belə mənfur düşmənə qalib gəlmək üçün bizim bir millət olaraq güclü, vahid diasporaya ciddi ehtiyacımız var.
Müqayisə qüsurlu olsa da qeyd etməliyik ki, diaspora özü də bir ordudur.
Ancaq çox təssüf ki, bizim mövcud diasporamız 1993-cü ildəki müxtəlif şəxslərin “batalyon”larını, “dəstə”lərini yada salır. Uzun illərdir ki, dövlət kifayət qədər vəsait ayırsa da, hətta ölkədə bu məsələ ilə bağlı konkret Diasporla iş üzrə Dövlət Komitəsi fəaliyyət göstərsə də, vəziyyət yenə də acınacaqlı olaraq qalır.
Əlbəttə diaspora işi ilə bağlı müəyyən işlər görülüb və buna görə xidməti olanlar çox sağ olsun.
Amma dövlətin ayırdığı vəsaitlər, mükafatlar görülən işə görə deyil, yaxınlığa, dostluğa və başqa şəxsi məqsədlərə yönəlib.
Yuxarıda qeyd etdik ki, diaspora da millətin ordusudur. Amma bu ordu kimlərinsə əlində siyasi alətə çevrilməməlidir.
Ancaq nə qədər acı olsa da qeyd etməliyik ki, Rusiya kimi nəhəng ölkədə fəaliyyət göstərən diasporamız uzun illər Abbas Abbasovların, Söyün Sadıqovların və başqalarının əlində alətə çevrilib. Bunun bariz nümunəsini 2013-cü ilin prezident seçkilərində gördük. Bunlar “Milyarderlər İttifaqı” və başqa adlar altında öz siyasi ambisiyalarını həyata keçirmək üçün hansı çirkin məqsədlərə əl atmadılar ?
Onu da qeyd edək ki, diaspora eyni zamanda millətin və dövlətin xarici ölkələrdəki təmsilçilərdir.
Unutmaq lazım deyil ki, bu gün dünyada informasiya müharibəsi gedir. Bu informasiya müharibəsində bizim diaspora nümayəndələrimiz, yəni təmsilçilərimiz apardığımız haqq mübarizəsində böyük işlər görə bilərlər. Çox təəssüf ki, bu mübarizədə də birlik yoxdur. Xaricdəki təmsilçilərimiz də iqtidara, müxalifətə, talışa, kürdə, ləzgiyə və digər qruplara bölünərək vahid mövqedən çıxış edə bilmirlər.
TƏMSİL-çilik məsələsi xüsusi olaraq qeyd olunmalıdır. Vaxtilə sovet dövründə H.Əliyev azərbaycanlı gənclərin Azərbaycandan kənarda təhsilinə xüsusi önəm verirdi. Məqsəd ancaq həmin gənclərin yüksək təhsil alıb Azərbaycana qayıtması deyildi. Əlbəttə, həmin gənclərin yetərli hissəsi ölkəmizə qayıdıb fəaliyyət göstərir. Ancaq həmin gənclərin bir hissəsi o zaman təhsil aldıqları ölkərin vətəndaşları olaraq uğurla çalışır və həmin ölkələrdə Azərbaycanı uğurla təmsil edirlər.
Bu uzaqgörən bir siyasət idi. Bu gün də həmin siyasəti prezident İlham Əliyev davam etdirir. Və son 10-15 ildə minlərlə azərbaycanlı gənc dövlət hesabına dünyanın məşhur universitetlərində təhsil almağa göndərilib. Bu gənclərin bir hissəsi yüksək təhsillə Azərbaycana qayıdıb fəaliyyət göstərir. Ancaq geri qayıtmayanlar da Azərbaycan üçün həmin ölkələrdə uğurlu təmsilçi ola bilərlər. Bunu Azərbaycanın gələcəyi tələb edir.
Ölkə başçısının bu istiqamətdə apardığı ardıcıl işlərə baxmayaraq yenə də bəziləri diasporanın bir araya gəlməsində maraqlı deyil, diasporadan ancaq öz şəxsi maraqları üçün istifadə etməyə çalışırlar. Hətta bəzi diaspora rəhbərləri öz şəxsi maraqları üçün loru dildə desək “erməniyə dayı” deməyə də hazırdırlar. Hətta diasporamizda separatçılar, Azərbaycan dövlətinin siyasətinə əks mövqedə dayananlar da az deyil. Bəli, məhz separatçılar, Azərbaycan dövlətini parçalamağa hazır olanlar da diaspora təşkilatlarında az deyil.
Yuxarıda qeyd etdik ki, AzerRoss kimi nəhəng diaspor təşkilatımız Abbas Abbasovların, Söyün Sadıqovların əlində siyasi alətə çevrilib. Bu gün onların sırasına biri də əlavə olunur. Belə ki vətən xaini olan separatçı Ələkrəm Hümbətov da AzerRoss-u ələ keçirmək istəyir. Bunun üçün köhnə silahdaşı Xanoğlan Əliyevdən istifadə edir. Kimdir bu “desant”?
Məlumat üçün qeyd edək ki, Xanoğlan Əliyev Moskva vilayəti Ximki şəhər dumasının deputatı, Ximki şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri, eyni zamanda “Ədalətli Rusiya” Partiyasının ( sədri Sergey Mironov ) yerli şöbəsinin sədridir.
Xanoğlan Əliyev Rusiyadakı Talış ictimai təşkilatlarının Koordinasiya Şurasının sədri və ” Talış evi”nin rəhbəridir. Hətta Koordinasiya Şurasının sədri seçiləndə ermənilərin dostu Ələkrım Hümbətovdan təmtəraqlı təbrik məktubu da alıb. Bunları sadalamaq da məqsədimiz odur ki, belə separatçı Rusiyada ən böyük diaspor qurumu olan AzerRoss-da Azərbaycan əleyhinə fəaliyyətə rəhbərlik edir, Ələkrəm Hümbətovun təlimatlari ilə çalışır.
Maraqlıdır ki, Xanoğlan Əliyev 2009-cu ilədək “Talış evi”nin rəhbəri olduğunu, Rusiyada Talış ictimai təşkilatıarı Koordinasiya Şurasının sədri olduğunu da rədd edir, guya bunlar olmayıb. Yəni öz seperatçı qılafını dəyişib AzerRoss-a rəhbərlik etmək istəyir. Bu işdə ona Moskavada əyləşən dostu İsmayıl Şabanov dəstək verir.
Bu adam bir neçə stulda oturmaqla əsl simasını göstərir. Bir müddət əvvəl Rusiyada daha bir qurum yarandı. Naxçıvanlı Fizulu Məmmədovun prezident olduğu Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının (RAİ). Xanoğlan Əliyevi RAİ-də də Rəyasət Heyətində görəndə daha sözüm qalmadı. Bu adam kimlərə, haralara qulluq etmir. Təkcə Azərbaycandan başqa.
Xanoğlan Əliyev indi də AzerRoss-un prezidenti olmaq eşqinə düşüb və namizədliyini verib. Bizə bəlli olan məlumata görə, Ələkrəm Hümbətov Xanoğlan Əliyevə maliyyə dəstəyi verir və onun Rusiyada rəsmi dövlət qeydiyyatından keçmiş quruma rəhbərlik etməsində maraqlıdır.
Digər məlumata görə, Xanoğlan Əliyev AzerRoss prezidentliyinə namizədliyini verməklə həqiqi azərbaycansevər namizədlərə mane olmaq və sonda “Samaralı Şirvan”ın xeyrinə namizdəliyini geri götürməklə onun AzerRoss-un prezidenti seçilməsinə çalışmaqdır.
Bəs Ələkrəm Hümbətovun adamı olan Xanoğlan Əliyevin xidmət etdiyi Samaralı Şirvan kimdir ?
Söhbət uzun illərdir Rusiyanın Samara vilayətində fəaliyyət göstərən “Samara vilayətindəki azərbaycanlıların liqası” adlı diaspora təşkilatının rəhbəri Şirvan Kərimovdan gedir.
Cənab Şirvan Kərimov öz facebook səhifəsində tez-tez erməni tarixçisi Movses Xorenskinin “Ermənistan tarixi” kitabına istinad edərək əcdadlarının Azərbaycana gəlmə olduğunu qeyd edir.
Həm də Şirvan Kərimov Azərbaycanın baş nazirinin sabiq 1-ci müavini Abbas Abbasovun sağ əlidir. O həmişə gec-tez Abbas Abbasovun Azərbaycanda Prezident olcağını vurğulamağı sevir.
Bəli, separatçı Ələkrəm Hümbətovla sabiq vitse-premyer Abbas Abbasov birləşib AzerRoss-u ələ keçirmək istəyirlər.
Şirvan Kərimov Samara qubernatorunun “Azərbaycan evi” üçün ayırdığı torpaq sahəsini Tolyattide özü üçün avtodayanacağa çevirib.
Görəsən, Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi bu barədə nə düşünür. Rusiya kimi nəhəng və həlledici ölkədə diaspora rəhbərliyinin separatçıların əlində siyasi alət olmasına niyə göz yumurlar.