Cümə , 20 Mart 2026
Drone Cameras

Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edəcək

Serbiya ümumvətəndaşlıq pasportuna malik Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi prosesinə başlayır. 

“Report” Serbiya KİV-inə istinadən xəbər verir ki, bununla bağlı qərar dünən Belqradda Serbiya xarici işlər naziri İvitsa Daçiç, daxili işlər naziri Neboyşa Stefanoviç və ticarət, turizm və telekommunikasiyalar naziri Rasim Lyayiçin iştirakıyla keçirilən görüşdə qəbul edilib.

Rəsmi Belqrad Gürcüstan və Ermənistan vətəndaşları üçün də viza rejimini ləğv edəcək. 

Qeyd edək ki, Serbiya vətəndaşları hazırda 64 ölkəyə vizasız səfər edə bilirlər. 

Check Also

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir