Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Si Cinpin: “Heç bir ölkə digərlərindən üstün deyil”

“Qlobal səhnədə heç bir ölkənin bütün mövcud dünya nizamını müəyyən edən həlledici səsi yoxdur”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpinin “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində deyilir.

“Beynəlxalq ictimaiyyət yaxşı bilir ki, dünyada heç bir ölkə digərlərindən üstün deyil. Heç bir universal idarəetmə modeli və həlledici sözün bir ölkəyə məxsus olduğu dünya nizamı yoxdur. Planetdə parçalanmalar və sarsıntılar olmadan da həmrəylik və sülh bütün bəşəriyyətin ümumi maraqlarına cavab verir” – deyə, o bildirib.

O, həmçinin vurğulayıb ki, tərəflər universal təhlükəsizlik konsepsiyasına əməl etsələr, Ukraynadakı böhrandan rasional çıxış yolu tapa biləcəklər:

“Biz əminik ki, hər kəs ümumi, hərtərəfli, birgə və davamlı təhlükəsizlik konsepsiyasını rəhbər tutsa, Ukrayna böhranından rasional çıxış yolu və dünyada davamlı sülhə və ümumbəşəri təhlükəsizliyə gedən yol tapılacaqdır”.

Check Also

ABŞ silah-sursat istehsalını genişləndirmək üçün 5,3 milyard dollar xərcləyib

Pentaqon 2022-ci ildən bəri raket istehsalını genişləndirmək üçün 5,3 milyard dollar xərcləyib. Boyukmillet.com xəbər verir …