Cümə , 23 Fevral 2024
Drone Cameras

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar İlham Əliyevə zəng edərək təbrik edib

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Boyukmillet.com  xəbər verir ki, bu barədə ŞKTC Prezidentinin Mətbuat Xidməti məlumat verib.

Prezident Ersin Tatar 5-ci dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyevlə telefon danışığı olub. Prezident Ersin Tatar “prezident seçkilərində qazandığı qələbəyə görə” Azərbaycan Prezidenti İlham Əliyevi öz adından və Kipr Türk xalqı adından təbrik edib və seçkilərin nəticələrinin Azərbaycan xalqı üçün xeyirli olmasını arzulayıb.

Check Also

Azərbaycan XİN: Fransanın bölgədə yürütdüyü məkrli siyasət heç bir nəticə verməyəcək

“Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətinin heç …