Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Şimali Koreya iki qısa mənzilli ballistik raket buraxıb

Cənubi Koreya ordusu Koreya Xalq Demokratik Respublikasından (KXDR) iki qısa mənzilli ballistik raketin buraxılışını qeydə alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, raketlər yerli vaxtla saat 07:41-dən 07:51-dək (Bakı vaxtı ilə saat 02:41-dən 02:51-dək) ​​Hvanhe-Namdo əyalətinin Çanen rayonundan Yapon dənizinə doğru buraxılıb.

Qeyd olunub ki, bu ərazidən əvvəllər heç bir ballistik raket buraxılışları qeydə alınmayıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …