Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

Şimon Peres dəfn edilib

İsrailin keçmiş prezidenti Şimon Peres sentyabrın 30-da dəfn edilib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, yəhudi dövlətinin 9-cu prezidenti Qüdsdə Hertsl dağında Milli liderlər xatirə xiyabanında dəfn olunub.

Şimon Peresin dəfn mərasiminə dövlət və hökumət başçıları, hökumət təmsilçiləri, səfirlər, o cümlədən ABŞ prezidenti Barak Obama da qatılıb.

Qeyd edək ki, Azərbaycanı dəfn mərasimində baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Xatırladaq ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir