Çərşənbə , 12 Noyabr 2025
Drone Cameras

Siqaretlər bahalaşdı – Yeni qiymətlər

Bu gün bir sıra market və dükanlarda siqaretlər fərqli qiymətlə satılmağa başlanılıb.

Boyukmillet.com xəbər verir ki, qiyməti 2 manat 50 qəpiyə qədər olan siqaretlər 20 qəpik, qiyməti 2 manat 50 qəpikdən baha olan siqaretlər isə 30 qəpik baha satılıb.

Şəhərin bir sıra dükan və marketlərində isə köhnə qiymətlər qalmaqda davam edir.

Həmin mağaza sahibləri bildirib ki, onlar daha əvvəl aldıqları siqaretləri satdıqları üçün bahalaşma onlara gəlib çıxmayıb. 

Check Also

“Böyük Qayıdış” proqramına 21,5 milyard manat xərclənib: nəticələr gözləntiləri doğruldurmu?

2025-ci ilin ilk doqquz ayında dövlət büdcəsi xətti ilə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması …