Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Siyasi böhran fonunda minlərlə adam Venesueladan qaçır

Minlərlə Venesuela vətəndaşı siyasi böhran fonunda ölkəni tərk etmək məcburiyyətində qalıb.

Boyukmillet.com BBC-yə istinadən xəbər verir ki, Venesuelada yaşayanların bəziləri Kolumbiya ilə sərhədi qeyri-qanuni yolla, əllərində heç bir sənəd olmadan keçirlər.

İnsanlar ölkəni yalnız dərin siyasi böhrana görə yox, həm də humanitar böhran səbəbi ilə tərk edirlər.

Qaçqınların sözlərinə görə, insanlar yeməyə bir şey tapmadığından ailələrini və evlərini atıb qaçırlar.

Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb.

(Report)

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir