Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Somalidə silahlılar məscidə gələn şəxsləri atəşə tutublar

Şəxsiyyəti müəyyənləşdirilməmiş silahlılar ötən gecə Somalinin cənubunda məscidə hücum ediblər.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, hadisə Aşağı Şebelle regionunun Afqoye rayonunda baş verib. Məscidə daxil olan silahlılar orada olan şəxsləri atəşə tutublar. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hücumun səbəbi məlum deyil. Bu rayon son zamanlar tez-tez “Əş-Şəbab” qruplaşmasının hücumlarına məruz qalır. Ordu və təhlükəsizlik qüvvələri məscidin ətrafında axtarışa başlayıb.

Check Also

NATO İranın Türkiyəni hədəf almasını qınayıb

NATO İranın Türkiyəni hədəf almasını qınayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. …