Cümə axşamı , 13 Mart 2025
Drone Cameras

SON DƏQİQƏ: Türk Respublikasında SİLSİLƏ PARTLAYIŞLAR – Sakinlər sahilyanı ərazilərə qaçır / VİDEO

https://www.youtube.com/watch?time_continue=1&v=z5plhSXvLaU

Şimali Kipr Türk Respublikasının Girne şəhərindəki hərbi hissədə şiddətli partlayışlar baş verib. Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, silah anbarında baş verən silsilə partlayışlardan sonra güclü yanğın başlayıb. Hadisə nəticəsində ətrafa ciddi ziyan dəyib. Tələfat barədə hələlik məlumat yoxdur. Yaralıların olduğu bildirilir

Hərbi hissədən bir neçə yüz metr məsafədə yerləşən binaların şüşələri sınıb. Yaxınlıqda yerləşən otelin müştəriləri ciddi həyəcan yaşayıb.

Onlar təhlükədən yayınmaq üçün sahilyanı ərazilərə qaçıblar. Sakinlərə məcbur qalmadıqca evlərini tərk etməmək tövsiyə olunub. Polis partlayış baş verən ərazini mühasirəyə alıb. Hadisənin səbəbləri araşdırılır.

Check Also

Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb

Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb. Boyukmillet.com xəbər verir ki, …