Cümə , 17 Yanvar 2025
Drone Cameras

Son dəqiqə : Türkiyə dəstəkli Suriya Milli Ordusu Əsəd və Rusiya qüvvələri üzərinə hücuma keçdi – İki kənd alındı

Suriya Milli Ordusu Türkiyənin nəzarətində olan “Fərat qalxanı” ərazisindən Rusiya və Əsəd rejiminin birgə əməliyyat apardığı bölgəyə qarşı hücuma keçib.

Boyukmillet.com xəbər verir ki, əvvəlki adı Azad Suriya Ordusu olan SMO Əl Bab şəhərinin cənubunda əməliyyata başlayıb. SMO daha əvvəl Türkiyə ordusu ilə birgə “Zeytun budağı” və “Barış Pınarı” əməliyyatlarında iştirak etmişdi.

Son məlumata görə, müxaliflər Əl Babın cənubunda üstündə Rusiya bayrağı dalğalanan bir binanı ələ keçiriblər. Şəhərin qərbində yerləşə 2 kənd də rejim qüvvələrindən alınıb.

Müxaliflərin hərbi əməliyyatının Türkiyə prezidenti Ərdoağanın dünən İdlibdə əməliyyat keçirilməsi mesajından sonra başlaması diqqət çəkib. Ərdoğan Rusiyanın sözünə əməl etmədiyini deyərək, İdlibdə hərbi əməliyyat xəbərdarlığı etmişdi. 

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …