Cümə , 13 Fevral 2026
Drone Cameras

SON DƏQİQƏ: Prezident iki yüksək vəzifəli şəxsi İŞDƏN ÇIXARDI

Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Prezidentin digər sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev daha bir icra başçısının işdən çıxarılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamla Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Check Also

Azərbaycan neftinin qiyməti 70 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,17 ABŞ dolları və ya 3 % azalaraq 70,03 ABŞ dolları …