Suriyanın şimalında YPG terrorçularının nəzarətində olan Mənbiç şəhərində güclü partlayış olub.
boyukmillet.com xəbər verir ki, partlayış şəhər mərkəzindəki Kasr əl-Umra restoranında, saat 14:00 radələrində baş verib.
Verilən xəbərlərə görə, partlayış nəticəsində 14 nəfər ölüb. Ölənlərdən 2 nəfəri ABŞ hərbçisidir. Partlayış nəticəsində xeyli sayda yaralı var.
Partlayış zamanı restoranda ən azından 15 ABŞ hərbçisinin olduğu bildirilir. Hadisə yerinə təcili olaraq ABŞ helikopteri gəlib.
Hadisəni İŞİD öz üzərinə götürüb.
Hələbin Mənbiç qəsəbəsi 2016-cı ilin avqustundan PKK/YPG terror təşkilatının işğalındadır. ABŞ qəsəbənin İŞİD terrorçularından təmizlənməsindən sonra PKK/YPG-lilərin qəsəbəni tərk edəcəyinə söz vermişdi. Öhdəliyin yerinə yetirilmədiyindən uzun müddət sonra , Türkiyə və ABŞ 2018-ci ilin iyun ayında Mənbiçdə yol xəritəsi məsələsində razılaşmışdı. Plan çərçivəsində Türkiyə və ABŞ bölgədə fəaliyyət göstərir.
***
Son məlumata görə, partlayış nəticəsində 9 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Partlayış ABŞ hərbçilərinin olduğu restoran yaxınlığında baş verib.