Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Son təyyarə qəzası Rusiya mülki aviasiyasının etibarını yerlə bir edib

Avropalılar Rusiya təyyarələri ilə dünya çempionatına gəlməkdən qorxur

Rusiyanın təyyarələri tərəfindən sərnişin daşınması Avropada ən təhlükəli sahələrdən biri hesab olunur.

Odur ki, Rusiya futbol üzrə dünya çempionatında fanatları ölkəyə gətirmək istəyirsə xarici ekspertlərin köməyindən istifadə etməlidir.

Almaniyanın Die Welt qəzetinin yazarı Pavel Lokşin Avropada belə bir qənaətin hasil olduğu barədə yazı hazırlayıb.

Müəllif sonuncu dəfə Rusiyanın Moskvadan Qazaxıstanla sərhəddə yerləşən Orsk şəhərinə uçan yerli aviaşirkətə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 71 insanın həlak olduğunu xatırladıb.

“Dünyanın ərazicə ən böyük dövləti aviaqəzaların sayına görə acı liderliyə malikdir. Rusiyadakı hər milyon uçuşa 2,93 qəza düşür. Dünya üzrə orta göstərici isə 1,93-dür.

“Kreml sərnişin avidaşıyıcılarının təhlükəsiziylinin sistemli şəkildə yaxşılaşdırılmasının əvəzinə bu tip fəlakətlərdə ölən qurbanların yaxınlarına ödənilən sığortaların artırılmasına, (yəni onları susdurmağa) üstünlük verir”, – rusiyalı ekspert Vadim Lukaşeviç müəllifə bildirib.

Məqalədə bir neçə aydan sonra Rusiyaya dünya çempionatı ilə əlaqədar 5 milyon turistin gələcəyini xüsusi vurğulanıb. Müəllifin fikrincə, “Aeroflot”, “S7” kimi iri aviadaşıyıcılardan fərqli olaraq ölkə daxilində uçan kiçik şirkətlər təhlükəsizlik meyarlarına cavab vermirlər, dövlət isə bu problemlərə sadəcə göz yummaqla məşğuldur.

“Elə götürək aviaparklardakı acınacaqlı vəziyyəti… Saratov aviaşirkəti kimi şirkətlər başqa firmalar tərəfindən dəfələrlə istifadə olunmuş, eyni sinifdən olan təyyarələri lizinq yolu ilə almağa məcburdurlar. Təyyarələrin təmiri zamanı isə köhnə ehtiyat hissələrindən istifadə edilir. Bir çox detallar isə ümumiyyəltə həddindən artıq gec dəyişdirilir.

Üstəlik, Rusiyada ciddi pilot çatışmazlığı var. Bir çox yüksək ixtisaslı pilotlar ölkəni tərk edərək ya Avropaya, ya da Çinə üz tutublar. Çünki Çində pilotlara verilən maaşlar Rusiyadan 4 dəfə çoxdur. Son bir neçə ildə Rusiyanı 300 mülki pilot tərk edib. Hətta Rusiyanın ən iri aviadaşıyıcısı sayılan “Aeroflot”un rəhbəri Vitali Savelyev belə pilot çatışmazlığından şikayətlənib. Çünki dövlətin ən böyük aviaşirkətinin ayda bir pilota 9 min avro pul ödəməyə gücü yoxdur.

Bu səbəbdən əyalət şirkətləri olduqca aşağı keyfiyyətli pilotların xidmətindən istifadə edir. Bu isə olduqca dəhşətli nəticələrə gətirib çıxraıb.

Məsələn, 5 il öncə “Tatar aviayolları” şirkətinə məxsus Boinq-737 təyyarəsinin qəzası durumun nə dərəcədə vahiməli olduğunu göstərib. Belə ki, gəmi kapitanı hava limanına yaxınlaşan zaman avtopilotu söndürməyi unudub və təyyarə başı üstə yerə gəlib. Nəticədə 50 adam həlak olub”.

Beynəlxalq aviasiya komissiyası apardığı təhqiqat zamanı Rusiya pilotlarının bir çoxunun baza biliklərinin olmadığını ortaya çıxarıb. Lakin bu belə “Rosaviasiya”nın vecinə olmayıb.

“Bizim yüksək rütbəli məmurlara heç nə bata bilməz. Nəzarət orqanlarının məsuliyyətsizliyi sistemə çevrilib”, -Vadim Lukaşeviç qeyd edib.
Yazıda vəziyyətin fərqinə varan Rusiya hakimyyətinin hətta daxili daşımalarda da xarici hava şirkətlərini yardıma çağıra biləcəyindən söhbət açılıb.

Lakin Avropa şirktələri hələ ki, məsələyə maraq göstərmirlər. (Musavat.com)

Boyukmillet.com

 

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir