Bazar ertəsi , 6 May 2024
Drone Cameras

SON XƏBƏR: “Oğlumu Azərbaycana göndərməyə hazıram” – Paşinyan

Paşinyan yenidən oğlunu məhbuslarla dəyişməyi təklif edib: “Mən hələ də bütün erməni əsirlərin qaytarılması müqabilində oğlumu Azərbaycana göndərməyə hazıram”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan bu gün – dekabrın 8-də parlamentin iclasında hökumət saatında müxalifətin “Hayastan” blokundan olan deputat Elinar Vardanyanın sualını cavablandırarkən deyib.

Ermənistan hökumətinin başçısı xatırladıb ki, onun seçki kampaniyası zamanı səsləndirdiyi təklif qüvvədə qalır.

“O vaxt Ermənistan hakimiyyəti rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə mənim təklifimi Azərbaycana çatdırmışdı. Hələlik heç bir cavab yoxdur”, – Paşinyan bildirib.

Check Also

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı… – Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”. Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan …